Laçın rayonunun məmurları ilə bağlı İLGİNC FAKTLAR


  
Laçın rayonunun məmurları ilə bağlı İLGİNC FAKTLARLaçın rayonunun məmurları ilə bağlı İLGİNC FAKTLARLaçın rayonun Şeylanlı kəndindən məcburi köçkün Baxışov Baxış Aslan oğlu Avrasiya.net-ə növbəti dəfə müraciət edərək Laçın rayonunda baş verən qanunsuzluqdan şikayətlənib.
Müraciətini olduğu kimi veririk:
Hörmətli Agentlk!

Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Səlimovun və onun mafiyasayağı komandasının qanunsuz əməllərindən yuxarı orqanlara yazdığımız şikayət ərizələrinin baxilıb tədbir görülməsi üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilməsi bizləri ümüdsüzləşdirir. Belə ki, yuxarı orqanlardan Laçın Rayon İcra Hakimiyyətinə göndərilmiş şikayət ərizələrimiz Ümümi şöbədə E.Qasımov qyusunda basdırılaraq heç bir tədbir görülmür. Əvəzində isə iqtisadi sanksyalarla sıxışdırılaraq məcburi susduruluruq. Rayonumuzda yaranmış korrupsiya mühütünün acı nəticəsidir ki, rayonun 13 nömrəli tam orta məktəbin direktoru F.İbadov yaxın qohumu RTŞ-nin müdiri M.Vəliyevə arxalanaraq Rusya Federasiyasına getmiş Məmmədova Təhminənin adına dərs saatları yazmış və əməkhaqqısını özü mənimsəmişdir. 
Bu faktla bağlı Laçın rayon Prokurorluğuna etdiyimiz müraciət əsasənda araşdırma aparılmış və göstərdiyimiz korrupsiya faktı öz təsdiqini tapmışdır. Bu fakt üzrə 09.02.2016.cı il tarixdə Laçın rayon Prokurorluğunda F.İbadaova qarşı Azərbaycan Respublikası CM-nın 179.2.3 və 179.2.4 maddələri ilə cinayət işi açılmışdır. Yəqinki sonda A.Səlimov və M.Vəliyev birliyi bu cinayət əməlindən F.İbadovu təmiz çıxarmağada nail ola biləcəklər. Ümumilikdə rayonun ümumi təhsil müəsisələrində olan korrupsiya faktlarını sadalamaqla qurtarmaq mümkün olmaz. Lakin nədənsə aidiyyatı orqanlar korrupsiya batalğanında batmaqda olan Laçın Təhsilinə seyrçi mövqeylə yanaşırlar. 
Laçın RTŞ-də yaranmış bazaar mühütindən narazı qalan sakinlər Azərbaycan Respublikasının Maliyyə və Təhsil Nazirliklərinə konkret faktlarla müraciət etdikdə “ Gələcəkdə Laçın RTŞ-də növbəti yoxlama zamanı ərizəniz nəzərə alınacaq” kimi başdansovdu cavablar verməklə kifayətlənirlər. Dövlət orqanlarının belə başdansovdu cavabları A.Səlimovu dahada şirnikdirərərk özünü bu əyalətin şahənşahı hesab etməsinə, məzluma zülm etməsinə münbit şərait yaratmış olur.
Laçın şəhər 1 nömrəli tam oprta məktəbin coğrafiya müəllimi F.İbrahimova Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək iddia edir ki, işlədiyi məktəbdə iş yerinə gəlməyən texniki işçilərə və illərlə bir saatda olsun dərs tədris etməyən müəllimlərə əməkhaqqı yazılaraq mənimsənilir.Hətda müəllimə iddi edir ki dərs ilinin əvvəlində sinif komplektləri almaq üçün direktor hər bir müəllimdən 100-140 AZN rüşvət alır. Bu pullarında Laçın RTŞ-nin müdiri M,Vəliyevə verilməsi sir deyi. Müəllimənin iddiasına görə Şirinzadə Hüseyin, Süleymanlı Aynel, Əliyev Azər, Mirzəyev Əli,Abbasova Ləman, Təhməzov Toğrul, Nuriyev Orxan və Nuriyeva Aytac məktəbin 10 və 11-ci siniflərində oxusalarda birinci yarımildə dərs məşxələlərində iştirak etməmişlər və bilikləri nəyinsə qarşılığında farmal olaraq qiymətləndirilmişdir.Hətda F.İbrahimova adıgedən şagirdlərə qiymət yazmadığı üçün məktəb direktoru P.Bayramovanın qəzəbinə tuş gəlmişdir. P.Bayramovanın qanunsuz əməllərini örtbasdır etmək üçün Laçın RTŞ-də formal komisya yaradılaraq F.İbrahimovaya təziqlər edilmiş və şikayətini geri götürməsi tələb edilmişdir. Çox təssüf ki bu korrupsiya faktınada Maliyyə və Təhsil Nazirlikləri göz yummaqda davam edirlər. . Mən sizin portalınız vastəsi ilə aidiyyatı orqanlardan soruşmaq istəyirəm budurmu korrupsiyaya qarşı mübarizə?
Rayonun Mədəniyyət və Turizm şöbəsindədə vəziyyət biabırçı gündədir. Beləki şöbənin müdiri Y.Hüseynov bu sahənidə özünün şəxsi biznes sahəsi ilə qarışıq salıb.İdarəetmədə heç bir təcrübəsi olmayan peşəkar biznesmen Y.Hüseynov bu postu tutmaq üçün A.Səlimova verdiyi on minlərlə vəsaiti yalnız işçilərin əməkhaqqısından və dövlət büdcəsindən geri qaytarmaq istəyir. Şöbəyə inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış vəsaitlər saxta sənədlərlə sahmana salınaraq A.Səlimovla Y.Hüseynovun cibinə axır. Rayonun Mədəniyyət və Turizm şöbəsi Taxta Körpü köçkün qəsəbəsində olsada başda Y.Hüseynov olmaqla şöbənin Böyük məsləhətçisi Rza Nizami Fərzalı oğlu və digər səlahiyyət sahibləri Bakı şəhərində öz şəxsi biznesləri ilə məşxul olurlar və vəzifə funksyalarını yerinə yetirmədən əməkhaqqı alırlar. Y.Hüseynov yoxlama komisiyasını yola salmaq üçün fevtal ayının əməkhaqqısını toplayacaqınıda bəri başdan işçilərə bildirib.
A.Səlimov İcra Başçısı təyin olunduğu gündən rayonun Yaşıllaşdırma idarəsinə ayrılmış vəsaitlər hesabına öz şəxsi büdcəsini xeyli genişləndirmiş və bu vəsaitlər hesabına maldarlıq-qoyunçuluq fermaları yaratmış və süni balıqçılıq göləri salmışdır. Yaşıllaşdırma idarəsinin işçilərinin əsas vəzifəsi A.Səlimovun fermasında meşə zolaqları salmaqdan ibarətdir.
Ümumilikdə Dövlət tərəfindən rayonun idarə və müəsisələrinə inventar və avadanlıqların alınması üçün ayrılmış vəsaitlər A.Səlimovun cibində cəmləşir.
2016-cı ilin yanvar ayında rayonun idarə və müəsisələrində xeyli iş yeri açılsada həmin statlarda A.Səlimovla idarə rəhbərlərinin alver predmetinə çevrildi. Bir parça çörək üçün özünü oda alova vuran köçkün ailələrindən heç biri həmin açılmış iç yerlərində işlə təmin olunmadı. Həmin ştatlar 700-1000 nanat qarşılığında imkanlı adamlara satıldı. Rayonumuzda vəziyyət o həddə çatıb ki, əyani təhsil alan tələbələrin, ayyrı-ayrı şəhər və rayonlarda işləyən sakinlərin adına Taxta körpüdə texniki iş yazılır və əmək haqqısı mənimsənilir.
Hörmətli Agentlik!

Sizin portalınız vastəsi ilə Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İ.Əliyev cənablarına bird aha müraciət edirəm.
Cənab Prezident!
Müstəqil Azərbaycan Dövlətinin Memarı, Ulu Öndərimiz, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan Respublikasının Mərhum Prezidenti Heydər Əlirza oğlu Əliyevin siyasi kursunun davamçısı kimi sizing bütün daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Siz bütün müşavirələrdə məmurların xalqa xidmət etməsini xüsusi vurğulamağınız bizləri çox sevindirir. Respublikamızda məmur özbaşnalıqına, korrupsiyaya və rüşvətxorluqa qarşı apardığınız mübarizə bizləri gələcəyə nikbin baxmaqa ruhlandırır.
Möhtərəm Cənab Prezident!
Çox təssüf hissiylə qeyd etmək istəyirəm ki, etimadınızı doğrultmayan və yaxuda sui istifadə edən məmurlarda var.Belə məmurları sralamaq lazım gələrsə lap ön srada, bəlkədə birincisi Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Səlimovun olacaqına heç şübhəm yoxdur. A.Səlimovun rayonumuzda yaratdığı korrupsiya mühitini, məmur özbaşnalıqını sadə vətəndaşları Dövlətimizdən və Hökumətimizdən narazı salmaqa cəht hesab edirəm. Odurki sizdən xahiş edirəm bizi A.Səlimov zülmündən xilas edin.