Dünyada ən güclü pasportu olan ölkə hansıdır?


  

Dünyada ən güclü pasportu olan ölkə hansıdır? O mənada ki, bu pasportu daşıyan vətəndaş vizasız daha çox ölkəyə gedə bilər?
Henley and Partners təşkilatı ölkələrin bu ilki reytinqini hazırlayıb. Birinci yerdə Almaniyadır. 

Almaniya vətəndaşı 218 ölkədən 177-sinə vizasız gedə bilir. İkinci yerdə İsveçdir- 176 ölkə. Azərbaycan 75-ci yerdə, Ermənistan 80-ci, İran 98-ci yerdədir. Gürcüstan 71-ci, Rusiya 48-ci yerdədir.