Avropa Parlamentinin sədri Martin Şults türkləri təhqir edən ifrat sağçı yunan parlamentarini Baş Assambleyadan qovub.


Millətvəkili Eleftherios Synadinos türkləri barbar, vəhşi it adlandırıb:“Elmi ədəbiyyatda osmanlılar it kimi təsvir edilir. Türkləri barbarlar, pis yalançılar kimi tərif edə bilərik. Türklər vəhşi it kimi düşmənlə savaşdan qaçır”.

Bu açıqlamadan sonra Parlament sədri onu salondan qovub: “Qırmızı xətt keçildi. Bu, qəbuledilməzdir, xüsusilə də, irqçi fikirlər”.

Qeyd edək ki, iclas Türkiyə və Avropa Birliyi arasındakı miqrant razılaşmasına həsr olunmuşdu.