Akif Çovdarovun pul yıganı “İnterpol”a verildi


Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə başlanan istintaqdan bir nəfər yayına bilib.
Bir neçə gün öncə həmin şəxsin kimliyini öyrənib açıqlanmışdı. Bu gün Azərbaycan tərəfindən həmin şəxs “İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa verilib.
1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun “İnterpol”un saytında rüşvətxorluğa görə axtarışa verildiyi qeyd olunub.
Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb.
Akif Mustafayevin Eldar Mahmudov vəzifəsindən azad olunan günün səhərisi Fransaya uçduğu bildirilir.

Maraqlı olan odur ki bir cox cinayyət işlərində adı hallanan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3 cü şöbəsinin rəisi hələdə istintaqa cəlb edilməyib

Xatırladırıq ki Rasul Rasulovlar keçmiş MTN Eldar Mahmudovun qardaşı ilə qudadırlar