Bakıda yaşayış binası yanır


Bakıda yaşayış binasında yanğın başlayıb. Anspress-in xəbərinə görə, yanğın Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Sakinlərin binadan təxliyə edildiyi bildirilir.