Devid Kramer: ”Prezident Əliyevlə yüksək səviyyədə görüşlər olmamalıdır”


Devid Kramer

ABŞ dövlət katibinin insan hüquqları və demokratiya üzrə keçmiş köməkçisi Devid Kramer belə deyib

Freedom House təşkilatının keçmiş rəhbəri və ABŞ dövlət katibinin insan hüquqları və demokratiya üzrə keçmiş köməkçisi Devid Kramer ABŞ administrasiyasını İlham Əliyev Azərbaycanda bütün siyasi məhbusları azad etməyincə onu yüksək səviyyədə qəbul etməməyə çağırıb.

D.Kramer dünənki əfv fərmanını Turan-ın müxbirinə şərh edərkən deyib: “Mən 14 siyasi məhbusu azadlıqda görməyimə şadam. Onlar heç zaman həbsdə olmamalıydı.

Lakin siyasi məhbusların bir çoxu azadlığa buraxılmayıb. Prezident İlham Əliyev bütün siyasi məhbusları azad etməyənə, öz ölkəsinin siyasi sistemində bir çox problemi həll etməyənə qədər onunla yüksək səviyyədə heç bir görüş olmamalıdır”, – Kramer İ.Əliyevin 31 mart-1 aprel tarixlərində nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gözlənilən səfərilə bağlı bildirib.