Əhməd Oruc hakimiyyətə səsləndi – Ucalıq qarşısında diz çökün, baş əyin ey hakimiyyətdəkilər, şəhidlərin dəfnində iştirak edin


  

Əhməd Oruc hakimiyyətə səsləndi – Ucalıq qarşısında diz çökün, baş əyin ey hakimiyyətdəkilər, şəhidlərin dəfnində iştirak edin

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Azadlıq partiyasının sədri Əhməd Oruc saytımıza ünvanladığı məktubda bildirib.
Türkiyədə, ABŞ-da, Fransada, digər sivil ölkələrdə şəhidlərin dövlət törəni ilə ölkə rəhbərlərinin iştirakı ilə son mənzilə yola salındığı hamıya bəllidir.

Bizdə ölkə başçısı nəyə görə şəhidlərin dəfn törəninə qatılmır? 
Niyə müdafiə naziri haya-küyə basmaqdan vaxt tapıb bu mərasimdə iştirak etmir? Niyə hakimiyyətin yüksək məqamında olanlar- baş nazir, müavinləri şəhid ailəsinin yanında deyil. Yoxsa onlara erməni qohumları icazə vermir, ya da qohumlarının cinayətlərinə görə millətin hesab soracağından qorxur?
Bu mərasimlərdə Azərbaycanın dini lideri iştiak etməli deyilmi? Yoxsa o yalnız nəzir qutularının yanında dayanmalıdır?

Ey hakimiyyətdəkilər, şəhidlərin dəfnində iştirak edin, millətin sizə həqiqi münasibətini görün. Sizin bu millətdən oğurladığınız, taladığınız milli sərvətləri onlar öz canları hesabına qoruyur… 
Bu gün bu məmləkətdə şəhidlərin vətən yolunda axan qanından müqəddəs, uca heç nə yoxdur. Bu ucalıq qarşısında diz çökün, baş əyin. Bəlkə buna görə bir vaxt bu millət, tanrı sizin cəzalarınızı yüngülləşdirər.