“Yeni tikili binada təmirli mənzilə 110 min manat istəyirəm, amma hələ ki, real alıcı yoxdur


  

“Bir aydır ki, 2 otaqlı mənzil axtarıram, tapa bilmirəm”. Bunu Bakı sakini Tahir Qənbərov deyir. O, Bakının Yasamal rayonunda, Bayılda, Badamdarda, mikrorayonlarda 60 min manat dəyərində iki otaqlı mənzil axtarır:
“Bu qiymətə tapdıqlarım ürəyimcə olmur, ya bir otaqdır, ikiyə düzəldilib, ya da “Xruşşovka” layihəsidir. Hələ ki, uyğun bir mənzil tapa bilmirəm”.
O deyir ki, ev bazarında qiymətlər oynayır:
“Dollar qalxanda evlər düşür, dolların dəyərində cüzi ucuzlaşma olanda qiymət qalxır”.
Həmsöhbətimizin sözlərinə görə, dollar ucuzlaşanda, mənzil sahibləri manatın möhkəmləndiyini düşünüb qiyməti salmırlar.
Bakı sakini Emin də bir aydır ki, paytaxtın mərkəzi rayonlarında 40 min manata bir otaqlı ev axtarır. Deyir ki, evlərin qiymətində diqqətçəkən ucuzlaşma yoxdur.
Paytaxtın Yasamal rayonunda yerləşən mənzilini satmaq istəyən Rafiq Məmmədov isə alıcı tapa bilmədiyindən gileylənir. Onun sözlərinə görə, qiymət müştərilərin ürəyincə olmur,
“Yeni tikili binada təmirli mənzilə 110 min manat istəyirəm, amma hələ ki, real alıcı yoxdur”.
“Heç yerdə 50 min manata “Xruşşovka” layihəli ev yoxdur”
Ev bazarında tələbat, əsasən, 1 ya 2 otaqlı mənzillərədir, 3 və daha çox otaqlılar nisbətən az satılır. Bunu ev dəllalı Nofəl Quliyev deyir, əlavə edir ki, bazarda qiymətlər sabitdir. Daha doğrusu, evin manatla ifadəsi dəyişməyib, ya da cüzi artıb

AZADLIQ radiosu